Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski qəfildən Xarkovda və... Baxmutda peyda oldu - FOTOLAR

Martın 22-də prezident Vladimir Zelenski gözlənilmədən Xarkova gəlib və burada “Ukraynanın Qəhrəman şəhəri” fəxri mükafatını mer İqor Terexova təqdim edib.


Pressklub.az-ın məlumatına görə, bu barədə Zelenski özünün rəsmi Telegram kanalında xəbər yayıb.


“Ukraynanın Qəhrəman şəhəri” fəxri mükafatını Xarkov meri İqor Terexova təqdim etdim. Bu gözəl şəhər, öz sakinləri sayəsində dövlətimizin digər şəhərləri ilə çiyin-çiyinə müstəqilliyimizi qoruyur”.


Ukrayna Prezidenti elə həmin gün gözlənilmədən yenidən Baxmuta gedib.

Zelenski ukraynalı döyüşçülərlə görüşüb, Baxmutun müdafiəçilərini mükafatlandırıb.

Həmçinin, Zelenski Baxmut istiqamətində qabaqcıl mövqelərə baş çəkib.

Ukrayna Prezidenti cəbhənin bu istiqamətində döyüş əməliyyatlarının gedişi ilə bağlı məruzələri dinləyib, hərbçilərlə söhbət edib və Ukraynanı qoruduqlarına görə onlara təşəkkür edib.




Qeyd edək ki, Zelenski 21 mart tarixli fərmanı ilə “Ukraynanın Qəhrəman şəhəri” haqqında əsasnaməni təsdiqləyib.


Bundan başqa, prezidentin iştirakı ilə Xarkovda regiondakı vəziyyətlə bağlı müşavirə keçirilib. Müşavirədə işğaldan azad edilmiş ərazilərin bərpası, istehkamların təşkili, infrastrukturun bərpası və zərərçəkənlərə yardımın göstərilməsi müzakirə olunub.


Zelenski Xarkov zonasında hərbi komandanlığın hesabatını dinləyib.


O, həmçinin energetiklərlə Xarkov vilayətinin bütün yaşayış məntəqələrinin elektrik enerjisi ilə təmin edilməsi məsələsini müzakirə edib.


Dövlət başçısı Xarkovda rayonun müdafiəsi zamanı işğalçılardan fərqlənən müdafiəçiləri mükafatlandırıb.