Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: “Eurovision Mariupolda keçiriləcək”

Ukrayna prezidenti Volodimir Zelenski “Eurovision 2022” mahnı müsabiqəsində Ukraynanın “Kalush Orchestra” qrupunun qələbəsinə münasibət bildirib.

Zelenski gələn il Ukraynanın üçüncü dəfə “Eurovision”a ev sahibliyi edəcəyini vurğulayıb:

“Biz hər şeyi edəcəyik ki, “Eurovision”un iştirakçıları və qonaqları azad, dinc, yenidən qurulmuş Ukraynanın Mariupolunda qonaq olsun”.