Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski Ərdoğana zəng etdi, axtarış-xilasetmə qrupunu göndərdi

Ukrayna Prezidenti Volodimir Zelenskii türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.

Pressklub.az xəbər verir ki, bu barədə Türkiyə prezidentinin mətbuat xidməti məlumat yayıb.

Zelenski Türkiyədə yaşanan faciə ilə bağlı Ərdoğana başsağlığı verib, dost ölkəyə kömək üçün ukraynalı xilasedicilərin göndərilməsi barədə göstəriş verdiyini və artıq axtarış-xilasetmə qrupunun lazımi avadanlıqlarla birgə yola düşdüyünü vurğulayıb: “Ukraynalı mütəxəssislər təbii fəlakətlərin nəticələrinin aradan qaldırılmasında müvafiq təcrübəyə malikdirlər və ən qısa müddətdə zərər çəkmiş rayonlara çatacaqlar. Onlar zəlzələnin nəticələrinin aradan qaldırılması üçün bütün işlərə kömək edəcəklər”.