Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski: “Döyüşün xarakterini dəyişəcək, işğalçıları qovacağıq”

Ukraynanın ehtiyac duyduğu silahların tədarükü döyüşlərin xarakterini dəyişdirə və işğalçıların ölkə ərazisindən çıxarılmasını sürətləndirə bilər.

Bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

"Biz neçə vaxtdır Ukraynanın döyüşün xarakterini dəyişdirmək, işğalçıların qovulması istiqamətində daha sürətli və daha inamlı hərəkətə başlamaq üçün lazım olan bütün silahlarla təmin edilməsi üçün mübarizə aparırıq. Bütün silahlar, o cümlədən MLRS-lə (raket yaylım atəş sistemi - red.). Bu aqressiyanı dayandırmaq üçün real zəruri olan sistemlərlə. Əminik ki, səylərimiz sayəsində hələ də səsimiz eşidiləcək”, - dövlət başçısı bildirib.

Zelenski həmçinin qeyd edib ki, Qərb tərəfdaşlarının əvvəllər buna son qoymaq və “indi Rusiya həqiqətən də Ukraynaya, Avropa birliyinə və azadlığa qarşı etdiklərinin tam bədəlini hiss edəcək”, - demək üçün çox imkanları olub.