Zelenski BMT-də çıxış etdi: "Ya Rusiyanı Təhlükəsizlik Şurasından çıxarın, ya da özünüzü buraxın"
05 Aprel 2022
Ukrayna Prezidenti Vladimir Zelenski BMT Təhlükəsizlik Şurasının iclasında videoformatda çıxış edib.
Vladimir Zelenski aprelin 4-də Buçaya səfəri barədə məlumat verib.
O bildirib ki, Rusiya qüvvələri ukraynalı mülki vətəndaşlara qarşı qırğınlar törədiblər: “Rus əsgərləri yalnız ukraynalı hərbçiləri öldürmür, onlar mülki sakinləri də qətlə yetirirlər. Onlar məqsədli şəkildə ev-ev gəzərək sağ qalanları və qaçıb gizlənənləri çölə çağırıb qətlə yetiriblər.
Mən sizə vəhşicəsinə qətlə yetirilən şəxslərin doğmalarının adından müraciət edirəm.
Bütün bu törədilənlər İŞİD-in törətdikləri əməllərdən fərqlənmir. Bunu törədən isə BMT Təhlükəsizlik Şurasına üzv dövlətin hərbçiləridir”.
"Rusiya məqsədli şəkildə Ukrayna şəhərlərini yerlə-yeksan edir, humanitar koridorları blokadaya alır, aclıq böhranı yaradır, insanların gizləndiyi sığınacaqları məqsədli şəkildə bombalayır. Mariupol, Bordyanka, Xarkov və digər şəhərlərdə də vəziyyət Buçadakı kimidir" – deyə, Ukrayna prezidenti əlavə edib.
Prezident Zelenski bildirib ki, Rusiya Ukraynada törətdiklərini etiraf etmir, müxtəlif versiyalar səsləndirir, hər kəsi günahlandırır: “Rusiya tərəfi iddia edir ki, bu, səhnələşdirilib. Biz bütün faktları toplayırıq, bu yöndə beynəlxalq institutlarla işləyirik, jurnalistlərin bu ərazilərə girişini təmin edirik ki, onlar baş verənləri öz gözləri ilə görsünlər".
O, Ukraynanın hər zaman başqa ölkələrin çətin vaxtlarında yanında olduğunu vurğulayıb: “Ona görə də bu gün Ukraynanın haqqı var ki, BMT Təhlükəsizlik Şurasından tələb etsin ki, Ukraynada sülhün təmin olunması ilə bağlı qərar versin. Əgər siz qərar verə bilmirsinizsə, o zaman iki şey edə bilərsiz - təcavüzkar olan Rusiyanı BMT Təhlükəsizlik Şurasından çıxarın ki, o, veto hüququndan istifadə edə bilməsin. Və digər seçim, əgər müzakirə etməkdən başqa əlinizdən bir iş gəlmirsə, özünüzü buraxın. Ukrayna sülh istəyir, Avropa sülh istəyir və ən əsası dünya sülh istəyir".