Logo
news content
User
Kateqoriyalar

Xəbər

Zelenski Baydendən "ən güclü silah"ı istədi: Bu addım atılsa, Rusiya…

Ukrayna Prezidenti Vladimir Zelenski amerikalı həmkarı Co Baydendən Rusiyanın "Terrorizmi dəstəkləyən ölkələr" siyahısına daxil edilməsini xahiş edib.

Bu barədə "Vaşinqton Post" qəzeti yazıb.

Hazırda ABŞ-ın siyahısında 4 ölkə var: Kuba, İran, Suriya və Şimali Koreya.

Qəzetin məlumatına görə, Zelenskinin istəyi iki lider arasında son telefon danışığı zamanı gündəmə gəlib.

Nəşr bildirib ki, Co Bayden bu məsələdə qəti öhdəlik götürməkdən çəkinib.

Zelenskinin Baydendən tələb etdiyi addım ABŞ-ın əlində olan "ən güclü sanksiya silahı" kimi tanınır. Siyahıdakı ölkələrlə ticarət edən ölkələr də sərt sanksiyalarla üzləşə bilər.