Zelenski: “Abramoviç danışıqlarda Rusiyanın mövqeyini təmsil edib”
16 Aprel 2022
"Abramoviç danışıqlarda Rusiyanın mövqeyini təmsil edib".
Bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski yerli jurnalistlərə açıqlamasında deyib.
O, Roman Abramoviç daxil olmaqla, rusiyalı iş adamlarının öz maraqlarını təmsil etdiyini qeyd edib.
“Düşünmürəm ki, Rusiya tərəfində kiminsə neytral mövqeyi var. Düşünürəm ki, onların siyasətçiləri, iş adamları Rusiya tərəfinin, öz maraqlarını təmsil edir. Maraqlarımız üst-üstə düşə bilməz”, Zelenski deyib.