Zaxarova: "Bakı və İrəvan Rusiyada görüş keçirməyə hazırdır"
03 May 2023
"Məlum Azərbaycan-Ermənistan danışıqları Rusiyanın deyil, başqa ölkənin iştirakı ilə keçirilir. Buna müvafiq olaraq həmin danışıqlarda baş verən proseslər barədə bilavasitə iştirakçılardan maraqlanmaq lazımdır".
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə ABŞ-da rəsmi Vaşinqtonun vasitəçiliyi ilə keçirilən Azərbaycan və Ermənistan XİN başçılarının danışıqları ilə bağlı suala cavabında bildirib.
O qeyd edib ki, danışıqların yekunu ilə bağlı bəyanatdan sonra tərəflər öz mövqelərini bildirəcəklər və bundan sonra Rusiya tərəfi bunu şərh edə bilər.
Zaxarova ölkəsinin üçtərəfli razılaşmaların bütün müddəalarının həyata keçirilməsinin tərəfdarı olduğunu söyləyib:
"O ki qaldı Azərbaycan və Ermənistan XİN başçılarının Rusiya ərazisində görüşünün keçirilməsi perspektivlərinə, biz bu barədə artıq danışmışıq. İrəvan və Bakı bu görüşün Moskvada keçirilməsinə hazır olduqlarını təsdiqləyiblər. Görüşün vaxtı barədə daha sonra məlumat verəcəyik", - o deyib.