Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Zavuç" sözə baxmayan şagirdləri şallaqladı - VİDEO

Rusiyada məktəbdə direktor müavininin uşaqları qayışla vurması sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Hadisə Ust-Labinskdə baş verib.

Məlumata görə, tərbiyə işləri üzrə direktor müavini səs-küyün çox olduğu sinfə daxil olub. Onlarla bir az mübahisədən sonra uşaqlar cəza olaraq “onları döyməyi” təklif ediblər, üstəlik kəməri müəllimə veriblər.

Müəllim razılaşıb və iki şagirdin hər birinə beş qayış zərbəsi vurub.

Video direktora çatdıqdan sonra, müavin işdən qovulub.