Yenə köhnə söhbət - Yerevan sülh danışıqlarını Qarabağ məsələsinə bağlayır
31 May 2022
“Dağlıq Qarabağ münaqişəsinin həlli müharibə yox, sülh deməkdir və Ermənistan regionda sülhün və stabilliyin bərqərar olunması üçün səylərini davam etdirir”.
Azadlıq Radiosunun erməni xidməti yazır ki, bunu mayın 30-da Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Hindistan mediasına müsahibəsində deyib.
Mirzoyan iddia edib ki, 9 noyabr 2020-ci il bəyanatı qəbul edildikdən sonra orada nəzərdə tutulmuş bir çox məsələlər həllini tapmayıb.
Nazir deyib ki, Bakı hələ də erməni "əsirlərin" hamısını azad etməyib və Azərbaycan silahlı qüvvələrinin nəzarəti altına keçmiş ərazilərdə erməni mədəni və dini abidələri məhv olmaq təhlükəsi qarşısındadır.
"Biz dəfələrlə demişdik ki..."
Mirzoyan iddia edib ki, Azərbaycan Dağlıq Qarbağda atəşkəs rejimini pozur:
“Biz dəfələrlə demişik ki, Azərbaycanla Dağlıq Qarabağ münaqişəsinin hərtərli tənzimlənməsi, o cümlədən Dağlıq Qarabağ xalqının hüquqlarının müdafiəsi və bu bölgənin yekun statusu da daxil hərtərəfli sülh danışıqlarına başlamağa hazırıq”.
Ararat Mirzoyan qeyd edib ki, mayın 22-də iki ölkə liderlərinin Brüsseldə keçirilən görüşündə Azərbaycan-Ermənistan sərhədinin delimitasiyasına və regional kommunikasiyaların açılmasına dair razılaşma əldə olunub.
Ermənistan xarici işlər naziri deyib ki, əgər Azərbaycan bu prosesə, əvvəllər dəfələrlə etdiyi kimi maneə yaratmazsa, irəli doğru addımlar atıla bilər.
Azadlıq Radiosunun erməni xidməti yazır ki, iki ölkə liderləri Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçilyii ilə keçirilmiş danışıqları “konstruktiv” adlandırmışdılar.
Azərbaycan tərəfi bildirmişdi ki, Ermənistan Dağlıq Qarabağın adı çəkilməyən danışıqlar gündəliyinə razı olub.
Azərbaycan prezidenti İlham Əliyev görüşdən sonra bir daha demişdi ki, Dağlıq Qarabağ problemi artıq yoxdur.