Yelena Zelenski: "Ərimi heç kim bizdən ala bilməz, hətta müharibə belə" - VİDEO
21 May 2022
“Müharibə mənim həyatını dəyişib. İndi ərimin gərgin iş qrafiki var, o, "müharibədə yaşayır", ona görə də uzun müddətdir görüşmürük”.
Bunu Ukraynanın birinci xanımı Yelena Zelenskaya Vladimir Zelenskinin prezidentlik müddətinin üç ilinin tamam olması münasibətilə verdiyi müsahibədə bildirib.
Birinci ledi deyib ki, artıq görüşlər üçün imkanlar var, lakin onlar qısamüddətlidir:
“Bununla belə, prezidentin dəyərləri, onun kursu və davranış strategiyası dəyişməyib. O, etibarlı ər və insan idi və belə də qalıb. Ailəmiz, təbii ki, bütün ukraynalı ailələr kimi, “parçalanıb”. Amma ərimi heç kim bizdən ala bilməz, hətta müharibə belə! - o, işdə yaşasa da. Biz onu çox az görürük. Yarım ay bir-birimizi ümumiyyətlə görmədik. Yalnız telefonla danışdıq. Artıq bir neçə görüşümüz olub”.
Yelena əlavə edib ki, telefonda nahar edirlər, hər şeyin nə vaxt yerinə düşəcəyini gözləyirlər.
O, həmçinin bu müsahibəyə görə, jurnalistlərə təşəkkür edib: “Ərimlə görüşmək fürsəti yaratdınız”.