Yaxın bir il ərzində Laçına 10 minə yaxın adam qayıdacaq
28 Mart 2023
Yaxın bir il ərzində Laçın rayonuna 10 minə yaxın sakin qayıdacaq. Bu barədə bu gün prezident İlham Əliyev Laçın rayonunda xüsusi nümayəndə Məsim Məmmədovla görüşündə bildirib.
Laçın şəhərində 500-ə yaxın fərdi ev tikilir və ya bərpa edilir. Bundan əlavə, 8 çoxmərtəbəli bina, eləcə də 30-dan çox ictimai bina tikilir və ya əsaslı şəkildə yenidən qurulur.
Bu işlər bu ilin sonuna qədər başa çatmalıdır ki, bu da birinci mərhələdə minlərlə adamın Laçına qayıtmasına imkan verəcək.
Paralel olaraq, Zabux və Sus kəndləri yenidən qurulur, burada müvafiq olaraq 1000 və 300 nəfər yerləşdiriləcək.
Əliyev qeyd edib ki, erməni işğalı dövründə Zabuxda xaricdən gələn ermənilər üçün qəsəbə salınıb. Hazırda orada Azərbaycan hərbçiləri yerləşdirilib, qayıdan əhali üçün isə yeni evlər tikilir.
Həmçinin Güləbird və Qorçu kəndlərinin baş planları təsdiq edilib ki, birinci mərhələdə həmin kəndlərə müvafiq olaraq 2400 və 1300 nəfər qayıdacaq.
Beləliklə, bu ilin sonunda Laçın rayonuna 10 minə yaxın adam qayıda bilər.
O həmçinin avtomobil yollarının və digər infrastrukturun tikintisini qeyd edib.
Güləbird kəndində 50 meqavat enerji gücünə malik su elektrik stansiyası tikilib.
Ümumilikdə, azad edilmiş rayonlarda su elektrik stansiyalarının gücü bu ilin sonunadək 200 meqavata, perspektivdə isə 500 meqavata çatdırılacaq. Laçın və Kəlbəcər rayonları külək enerjisi üçün böyük potensiala malikdir.