Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yaralıların "Azovstal"dan çıxarılması razılaşdırıldı - Rusiya əməl edəcəkmi?

Ukraynanın Mariupol şəhərində “Azovstal” metallurgiya kombinatı ərazisində olan ukraynalı hərbçilər ilə danışıqlar nəticəsində yaralıların təxliyə edilməsi ilə bağlı razılıq əldə olunub.

“TASS” xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyi yayıb.

Bildirilir ki, hazırda kombinat ərazisində sükut rejimi elan olunub və humanitar dəhliz açılıb.

Qeyd edək ki, mühasirədə olan "Azovstal" zavodunda 600-dək yaralı ukraynalı döyüşçü var. Onlardan 40-nın vəziyyəti çox ağırdır. Dərmanlar və tibbi alətlər “çatışmazlığı var”.