Logo
news content
User
Kateqoriyalar

Xəbər

Yaponiyada güclü zəlzələ olub, xəsarət alanlar var

Yaponiyanın Şimane və Tottori prefekturalarında ardıcıl bir neçə zəlzələ baş verib, onlardan birinin maqnitudası 6,4 bal təşkil edib.

“Japan Times” xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Zəlzələ nəticəsində doqquz nəfər xəsarət alıb.

Ölkənin Meteorologiya Agentliyinin məlumatına görə, sunami müşahidə edilməyib. Yerli hakimiyyət orqanlarının məlumatına görə, Şimane prefekturasında dörd, Tottori prefekturasında bir, qonşu Hiroşima prefekturasında iki, Okayama prefekturasında isə bir nəfər yaralanıb", - məlumatda bildirilib.

Qeyd edək ki, zəlzələnin episentri Şimane və Tottori prefekturaları ərazisində, ocağı isə 10 km dərinlikdə yerləşib. İlkin olaraq zəlzələnin 6,2 maqnitudalı olduğu barədə məlumat verilsə də, daha sonra yaponiyalı seysmoloqlar maqnitudanın 6,4 olduğunu bildiriblər.