"Yanımıza" qayıdırlar - Milyarderlərin sayı da, sərvəti də azalıb
05 Aprel 2023
ABŞ-nin biznes jurnalı olan “Forbes”in bu il 37-ci dəfə dərc etdiyi “Milyarderlər siyahısı”na görə, dünya üzrə milyarderlərin sayı əvvəlki illə müqayisədə 28 nəfər azalaraq 2640 nəfərə düşüb və ardıcıl ikinci azalma qeydə alınıb.
İqtisadi təlatüm dövlət və özəl sektoru vurduqca milyarderlərin sərvəti 500 milyard dollar azalaraq 12,2 trilyon dollara düşüb.
Keçən il tviteri yüksək qiymətə aldıqdan sonra “Tesla” şirkətinin səhmləri ucuzlaşan İlon Mask milyarderlər siyahısında 1-ci yerdən 2-ci yerə düşüb. Maskın sərvəti keçən illə müqayisədə 39 milyard dollar azalaraq təxminən 180 milyard dollar olaraq hesablanıb.
Lüks mallar nəhəngi LVMH-nin sədri Bernard Arnault 211 milyard dollar sərvətlə siyahıya başçılıq edir. Beləliklə, ilk dəfə olaraq siyahının başında Fransa vətəndaşı olub.
Milyarderlərin təxminən yarısının sərvəti ötən illə müqayisədə azalıb, ümumilikdə 254 nəfər milyarder statusunu itirib.
ABŞ ümumi sərvəti 4,5 trilyon dollar olan 735 siyahı üzvü ilə ən çox milyarder olan ölkə olmağa davam edir. İkinci yerdə 562 milyarderlə (Honq Konq və Makao daxil olmaqla) 2 trilyon dollarlıq aktivlə Çin, üçüncü yerdə 675 milyard dollarlıq sərvətlə 169 milyarderlə Hindistan gəlir.