Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Ya "Vaqner"lə müqaviə bağlayırsan, ya da..." - 100-dən çox əsgər niyə itkin düşüb?

Səfərbər edilmiş 100-dən çox rusiyalı “Vaqner” özəl hərbi şirkəti (ÖHŞ) ilə müqavilə imzalamaqdan imtina etdikdən sonra Luqansk vilayətində yoxa çıxıb.

Bu barədə “Astra” nəşri hərbçilərin qohumlarına istinadən məlumat yayıb.

Əsgərlərin yaxınları nəşrə bildiriblər ki, bu il aprelin 5-də Rusiyanın müxtəlif bölgələrindən, o cümlədən Moskva, Voronej və Tver vilayətlərindən səfərbər edilmiş 500-ə yaxın əsgər üç yük təyyarəsi ilə guya yerli hissəyə köçürülməsi məqsədilə Kurskdan Rostov-na-Donuya göndərilib. Lakin çatandan sonra əsgərləri gizlincə Luqansk vilayətinə yönləndiriblər.

“Ərim və onun səfərbər edilmiş 500 nəfərdən ibarət yoldaşları, əmrə əsasən, “IL-76MD” hərbi yük bortunda Rostov-na-Donuya səhra düşərgəsinə göndərilib. Onları üç göyərtə ilə göndəriblər, hər göyərtədə 170 nəfərdən”, - əsgərlərdən birinin həyat yoldaşı nəşri deyib.

Aprelin 5-də qruplardan biri Staxanov Vaqonqayırma Zavodunun ərazisinə aparılıb və orada səfərbər olunanları irəliyə “itələmək” üçün onları separatçı Cənubi Osetiyanın keçmiş “prezidenti” Anatoli Bibilov qarşılayıb.

Nəşr iddia edib ki, səfərbər olunanlar “Vaqner” ÖHŞ ilə müqavilə bağlamağa məcbur olublar. Bəzi əsgərlər qohumlarına “axmaqcasına satıldıqlarını” yazıblar.

“Artıq bizi avtomatlar altında aparırlar, vəssalam, təzyiq başlayıb. “Vaqner” ÖHŞ-nin nümayəndələri silahla gəliblər, onların sayı 30-a yaxındır”, - səfərbər olunanlardan biri nəşrə söyləyib.

Jurnalistlər bildiriblər ki, 170 nəfərdən 57-si “Vaqner” ÖHŞ ilə müqavilə imzalamağa razıdır. Lakin eyni zamanda 113 nəfər Luqansk vilayətinə, Krasnaya Talovka kəndindəki Gerasimovski poliqonuna aparılıb. Yaxınlarının verdiyi məlumata görə, aprelin 7-də səfərbərlik yerinə gəldikdən sonra səfərbər olanların telefonları götürülüb. O vaxtdan onlar ünsiyyəti dayandırıblar.