Xovayev indi də Bakıdadır
12 May 2023
12 may 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Rusiya Federasiyasının xarici işlər nazirinin Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması üzrə xüsusi nümayəndəsi İqor Xovayevi qəbul edib.
Azərbaycan XİN-in mətbuat xidmətinin məlumatına görə, görüş zamanı Azərbaycan-Ermənistan münasibətlərinin normallaşma prosesi, sülh sazişi üzrə danışıqlarda, eləcə də regionda cari vəziyyət müzakirə mövzusu olub.
Nazir Ceyhun Bayramov müzakirələr zamanı sülh sazişi üzrə danışıqlarda ölkəmizin mövqeyi və prioritetlərini, eləcə də gələcək gözləntilərini diqqətə çatdırıb. O, eyni zamanda, Ermənistanın sülh prosesinə və danışıqlara xələl gətirən təxribatçı addımları barədə qarşı tərəfə məlumat verib.
Rusiya XİN nümayəndəsi regionda sülh və sabitliyin təmin olunmasının olduqca vacib olduğunu və bu istiqamətdə Rusiya tərəfinin hər cür dəstəyə hazır olduğunu bildirib.
Görüş zamanı, qarşılıqlı maraq doğuran digər məsələr ətrafında fikir mübadiləsi aparılıb.
Xatırladaq ki, mayın 10-da Xovayev Yerevanda Ermənistan rəhbərliyi ilə danışıqlar aparıb.