Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xorvatiyada zəlzələ olub

Bu gün səhər saatlarında Xorvatiyada 5,3 bal gücündə zəlzələ qeydə alınıb.


Pressklub.az-ın məlumatına görə, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib.


Yeraltı təkanlar Riyeka şəhərindən 36 kilometr cənub-şərqdə və Krikvenitsa şəhərindən 14 kilometr cənubda qeydə alınıb.


Mərkəzin məlumatına görə, episentr 10 kilometr dərinlikdədir. Dağıntı və tələfat barədə hələlik məlumat yoxdur.