Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xocavənddə tikinti şirkətinin avtobusu qəzaya uğrayıb, xəsarət alanlar var

Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi işlərini həyata keçirən subpodratçı “Kolin İnşaat Turizm Sənaye və Ticarət” şirkətinə məxsus xidməti avtobus qəzaya uğrayıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, qəza dünən axşam saatlarında Xocavənd rayonu ərazisində baş verib.

Füzuli Rayon Mərkəzi Xəstəxanasından (RMX) verilən məlumata görə, ilkin tibbi yardımdan sonra 16 nəfər Bakı Sağlamlıq Mərkəzinə təxliyə edilib. Bundan başqa, Füzuli RMX-də olan 5 nəfərin vəziyyəti stabildir, həkim nəzarətindədirlər.

Qəzanın başvermə səbəbləri araşdırılır.