Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xəbərdarlıq: 2023-cü ildə dünya tarixinin ən böyük böhranı olacaq

Ukrayna böhranı səbəbindən tədarük zəncirlərinin pozulması gübrə çatışmazlığına səbəb olacaq və fermerləri kifayət qədər məhsul istehsal etmək imkanından məhrum edəcək.

Bu barədə Almaniyanın “Compact” nəşrindəki məqalədə deyilir.
Bayer AG kimya-əczaçılıq transmilli korporasiyasının departament rəhbəri Matthias Berninger bildirib ki, gələn il bəşəriyyət tarixində ən böyük qida böhranlarından biri olacaq. Onun fikri ilə iqtisadçı Maten Kaim də razıdır. İqtisadçı hesab edir ki, dünyada aclıq yüz milyona qədər insanı təsir edə bilər.

BMT-nin Ümumdünya Ərzaq Proqramının rəhbəri Devid Bislinin fikrincə, ərzaq çatışmazlığı genişmiqyaslı miqrasiya axınlarına səbəb olacaq və buna qarşı 2015-ci il böhranı “yay pikniki kimi görünəcək”.

Avropa ölkələri üçün xüsusi əhəmiyyət kəsb edən Ural və Belarusdakı kalium gübrəsi zavodlarıdır ki, onlar hazırda Qərbin sanksiyaları altındadır. Əvəzedici olaraq azot gübrələrindən istifadə edilməsi təklif edilir. Lakin qəzetin yazdığı kimi, qazın qiymətinin qalxması səbəbindən onları sərfəli qiymətə istehsal etmək mümkün deyil.