Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xaricə çıxa bilməyən xarici işlər naziri - Lavrov "ev dustağı" edildi

Rusiya xarici işlər naziri Sergey Lavrovun 6-7 iyun tarixlərində Serbiyaya planlaşdırılan səfəri baş tutmayacaq. Çünki Bolqarıstan, Şimali Makedoniya və Monteneqro öz hava məkanını Rusiya xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün bağlayıb.

Bu barədə Serbiyanın “Veçerne Novosti” qəzeti məlumat yayıb.

Serbiya Baş naziri Anna Brnabiç deyib ki, Sergey Lavrovun səfəri ilə bağlı xüsusi mürəkkəb vəziyyət yaranıb. Baş nazir hazırda Prezident Aleksandr Vuçiçin Rusiya xarici işlər nazirinin səfəri üzərində çalışdığını, Rusiya, ABŞ, Almaniya və Avropa İttifaqının nümayəndələri ilə danışıqlar apardığını yazıb.

Rusiyanın Xarici İşlər Nazirliyi Sergey Lavrovun təyyarəsi üçün Avropa İttifaqının hava məkanının bağlanmasını təsdiq edib.

Bu barədə Rusiya XİN sözçüsü Mariya Zaxarova İtaliya televiziyasına müsahibəsində bildirib.

“Siz kanalların açılmasından danışırsınız, amma Serbiyanı əhatə edən ölkələr xarici işlər naziri Sergey Lavrovun təyyarəsi üçün hava məkanını bağladı. Rusiya nümayəndə heyəti Belqradda görüş keçirməli idi, lakin NATO və Aİ ölkələri hava məkanını bağladı” – deyə Zaxarova bildirib.