Xaricdə verilən qəfil istefa bəyanatı - Böhran yeni mərhələdə
24 Yanvar 2022
Ermənistan prezidenti Armen Sərkisyanın ötən gün axşam gözələnilmədən istefa verdiyini elan etməsi siyasi dairələrdə və ekspert çevrələrində ciddi çaşqınlıq yaradıb. Ekspertlər və politoloqlar, siyasətçilər bu istefanın mümkün səbəbləri barədə ən müxtəlif fərziyyələr irəli sürürlər, amma onlar bir məsələdə ortaq qənaətə gəlirlər. Bu da ondan ibarətdir ki, Sərkisyanın istefası ilə Ermənistanda 2020-ci ilin payızından başlayan, bu ölkənin müharibədə sarsıdıcı məğlubiyyətindən sonra dərinləşən siyasi böhran yeni mərhələyə daxil olur.
Ermənistanın Londondakı səfiri olmuş Armen Sərkisyan siyasi dairələrdə “Qərbə yaxın fiqur” hesab edilirdi və onunla baş nazir Nikol Paşinyan arasında ziddiyyətlərin mövcud olduğu çoxdan bəlli idi. Xüsusən də 44 günlük müharibədən, Ermənistanın kapitulyasiyasından sonra Paşinyanı hakimiyyətdən uzaqlaşdırmaq üçün küçə etirazları başlayanda Armen Sərkisyanın kimin tərəfində dayandığı, yaxud dayanmalı olduğu vaxtaşırı olaraq gündəmə gəlirdi. Sərkisyan isə “orta xətti” seçmişdi, özünün simvolik səlahiyyətləri çərçivəsindən kənara çıxmaq istəmirdi və nə Paşinyana birmənalı dəstək ifadə edirdi, nə də onu hakimiyyətdən qovmağa çalışanların tərəfində dayanırdı. Baxmayaraq ki, kapitulyasiyadan sonra baş nazirin istefa verməli olduğu barədə bəyanatlara prezident də dəstək vermişdi.
Nəticədə hər iki düşərgədən ona hücumlar edilirdi. Müxalifətdən deyirdilər ki, Sərkisyan ölkəni indiki fəlakətdən çıxarmaq üçün heç nə eləmir və büdcə pulları hesabına bahalı xarici ezamiyyətlərə getməkdən başqa işi-gücü yoxdur. Paşinyanın ətrafından isə onu baş nazirə qarşı iş aparmaqda günahlandıranlar tapılırdı.
Ötən ilin martında generalların Paşinyana qarşı qiyamından sonra Baş qərargah rəisi Onik Qasparyanın vəzifəsindən uzaqlaşdırılması barədə baş nazirin sərəncamına veto qoyanda Sərkisyan müxalifətdə müəyyən ümidlər yaratdı. Amma o, həmin mövqeyində axıradək duruş gətirə bilmədi, Paşinyan Qasparyanı hər halda vəzifəsindən uzaqlaşdırdı.
Armen Sərkisyanın istefa bəyanatından onun prezident kimi heç bir real səlahiyyətlərə malik olmadığı halda dövlətin taleyinə görə məsuliyyət yükünü daşımasından narazı qaldığı görünür. Amma istefanın əsl səbəbi məhz prezidentin simvolik səlahiyyətləridirmi? Ermənistan siyasi dairələrində bu arqument nə dərəcədə inandırıcı hesab edilir?
Müxalifətdə olan “Ermənistan” blokundan deputat Artur Kazinyana görə Sərkisyanın istefasının geosiyasi mənası var. Onun sözlərinə görə, aydın deyil ki, istefa barədə nəyə görə məhz indi, bazar günü axşam elan edilib.
“Bir neçə gün əvvəl Sərkisyan 200 MVt-lıq günəş elektrik stansiyasının tikintisi üçün Birləşmiş Ərəb Əmirliklərindən maliyyə aldı və bəyan edildi ki, bu hələ başlanğıcdır. Hadisələr çox sürətlə inkişaf edir, istefanın isə aşkar geosiyasi mənası var”, - o deyib. Deputatın fikrincə bir məsələ mübahisəsizdir ki, Ermənistanda siyasi dəyişiklik baş verib və hadisələrin sonrakı inkişafı hakimiyyətin tam dəyişməsi ilə nəticələnə bilər. Ona görə də Kazinyan hesab edir ki, “ayıq-sayıq və diqqətli olmaq lazımdır”.
Digər müxalif siyasətçi, keçmiş baş nazir və Demokrat partiyasının başçısı Aram Sərkisyan isə hesab edir ki, Armen Sərkisyan “Türkiyə ilə təhlükəli ittifaqın iştirakçısı olmaq istəmədiyi üçün” istefa verib.
“Son aylar cərəyan edən hadisələr, Türkiyə ilə barışığa tərəf kəskin dönüş, üstəlik tam əsassız olaraq, hesab edirəm ki, Sərkisyanı istefa verməyə məcbur etdi”, - o deyib.
Aram Sərkisyan qeyd edib ki, prezidentin istefası kəskin siyasi böhranın daha bir xəbərçisidir və cəmiyyətlə hakimiyyət arasında uçurumu dərinləşdirir. Onun fikrincə, yeni siyasi elita formalaşır və siyasi böhranı bunsuz həll etmək mümkün deyil. “Üstəlik indiki situasiyada Rusiya Ermənistanın müttəfiqi olaraq bu məsələyə laqeyd qala bilməz ki, indiki problem kimin xeyrinə həll olunacaq, baş verənlər Ermənistanın xarici siyasət vektorunun dəyişməsi deyil ki”, - siyasətçi əlavə edib. Keçmiş baş nazir etiraf edib ki, Sərkisyanın istefası onun üçün tam gözlənilməz oldu, çünki siyasi dairələrdə heç kim bunu proqnozlaşdırmırdı.
Politoloq Stepan Danielyan da hesab edir ki, Armen Sərkisyan istefa verməklə Paşinyanın hansısa sənədi imzalamasına mane olmaq istəyir. “Versiyalardan biri budur ki, hansısa sənəd hazırlanır və o prezident kimi həmin sənədin altına imza atmaq istəmir. Sərkisyan prezidentin təsir göstərə bilmədiyi hansısa siyasi dəyişikliklərdən danışır, ola bilsin hakim qüvvə Konstitusiyaya hansısa dəyişikliklər hazırlayır”, - Danielyan deyib.
Onun fikrincə, istefa hansısa xarici hadisələrlə də bağlı ola bilər. Çünki Sərkisyan erməni xalqı üçün bağışlanılmaz səhvlər haqda danışır. Yəni nəsə hazırlanır və o, bunu düzgün saymır. Danielyan qeyd edir ki, Sərkisyan bəyanatında milli böhran barədə də danışır, amma aydın deyil ki, söhbət artıq baş vermiş böhrandan, yoxsa gözlənilən hadisələrdən gedir. “İstisna deyil ki, söhbət Türkiyə ilə barışıq prosesindən gedir, görünür bu addımla hansısa proseslərin qarşısını almağa, kartları qarışdırmağa çalışır. Çünki prezidentin istefası situasiyanı dəyişir. Gündəmdə yeni prezidentin seçilməsi dayanır, çünki prezidentsiz hansısa ciddi müqaviləni qəbul etdirmək mümkün deyil”, - politoloq bildirib.
Rusiyalı politoloq Andrey Areşev isə hesab edir ki, Armen Sərkisyanın istefası 2015-ci ildə qəbul edilmiş konstitusiyadan və 2018-ci ildə baş vermiş hakimiyyət dəyişikliyindən sonra yaranmış indiki hüquqi-siyasi konfiqurasiyaya uyğundur.
Areşev qeyd edir ki, Sərkisyan məhdud səlahiyyətlərə malik olsa da Ermənistanın maraqları üçün maksimum faydalı olmağa çalışırdı, onun çoxillik siyasi stajı və xaricdə əlaqələri vardı. Amma onun imkanları Paşinyanın hökuməti üçün gərəksiz oldu.
“Armen Sərkisyanın qərarı göstərir ki, onunla baş nazir arasında ziddiyyətlər münaqişəyə çevrilib. İstisna deyil ki, Sərkisyan üçün sonuncu damla İrəvanın Ankara ilə barışıq prosesinə başlaması olub. Belə vəziyyətdə Sərkisyan hesab edib ki, daha ölkənin indiki rəhbərliyi ilə onun yolları bir ola bilməz”, - rusiyalı politoloq bildirib.
Rəylər göründüyü kimi müxtəlifdir, amma görünən odur ki, Ermənistanda hökm sürən siyasi böhran dərinləşərək yeni mərhələyə daxil olur. Və taktiki baxımdan Paşinyan Sərkisyanın istefasından uda və mövqelərini möhkəmləndirə, prezident postuna öz adamını yerləşdirə (parlamentdəki qüvvələr nisbəti buna imkan verir) bilər. Amma uzunmüddətli perspektivdə bu istefa Paşinyana nə dərəcədə faydalı olacaq, bunu izləmək lazımdır. (Virtualaz)