Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xankəndidə polis postuna hücum: Baş inspektor öldürülüb, digəri qaçıb

Ötən gecə Xankəndidə yol polisi postunda silahlı incident olub.

“Sputnikarmeniya”nın məlumatına görə, 53 yaşlı Serqo Şakaryan yol polisinin 2-ci Operativ İdarəetmə Mərkəzinə qanunsuz daxil olaraq növbədə olan inpektorlara “Kalaşnikov” avtomatından atəş açıb.

Baş inspektor J.E. döş qəfəsindən aldığı güllə yaralarından yerindəcə ölüb. Növbədə olan digər polis - kiçik inspector postu tərk edərək canını qurtara bilib.

S.Şakaryan saxlanılıb.