Logo
news content
User
Kateqoriyalar

Xəbər

Xamenei Məşhəddə dəfn ediləcək

ABŞ və İsrailin hava hücumlarında həlak olan İranın Ali lideri Əli Xamenei doğma Məşhəd şəhərində dəfn olunacaq.

Bu barədə İslam İnqilabı Keşikçiləri Korpusuna bağlı olan "Fars" xəbər agentliyi bildirib.

Agentliyin məlumatına görə, Ali liderin cənazəsinin Tehranda keçirilən dəfn mərasimindən sonra Məşhədə aparılması planlaşdırılır. Dəfn mərasimlərinin tarixləri dəqiqləşdirilir və tezliklə açıqlanacaq.

Xatırladaq ki, İranın Ali rəhbəri Əli Xamenei ABŞ və İsrailin hücumları nəticəsində öldürülüb.