Xalq üçün ağlayan göz... Saakaşvili bu gündədir - FOTOLAR
01 Fevral 2023
Gürcüstanın keçmiş Prezidenti Mixail Saakaşvilinin Tbilisidə müalicə aldığı klinikadan yeni görüntüləri yayılıb.
Pressklub.az xəbər verir ki, gürcü siyasətçinin fotolarını rusiyalı müxalif siyasətçi və hüquq müdafiəçisi Mark Feygin öz feysbuk hesabında paylaşıb.
Fotolarda Saakaşvilinin köynəyinin üzərində “I'm Ukrainian” (Mən ukraynalıyam) yazısı diqqət çəkib: “Mən Ukraynanın qalib gələcəyindən əminəm, lakin yaxın qələbəyə qədər yaşaya bilməsəm, mənim ürəyim Kiyevdə dəfn edilməlidir, o, Ukraynaya aiddir”.
Qeyd edək ki, bu gün Tbilisi Şəhər Məhkəməsində Saakaşvilinin məhkəməsi keçirilir. Saakaşvili iclasa müalicə aldığı klinikadan onlayn qoşulub.
Xatırladaq ki, Mixail Saakaşvili 2021-ci il oktyabrın 1-i Tbilisidə saxlanıldığı gün aclıq aksiyasına başlamışdı. O, 50 günlük aksiyadan sonra Qori hərbi hospitalında reabilitasiya kursu keçmiş, 2021-ci il dekabrın 30-na keçən gecə isə 12 saylı Rustavi həbsxanasına köçürülmüşdü.
Saakaşvili cari ilin mayında uzun müddət davam edən aclıq aksiyasından sonra müalicə alması üçün Tbilisidə klinikaya köçürülüb.
Gürcü siyasətçi bundan əvvəl iki cinayət işi üzrə qiyabi olaraq mühakimə olunub və ümumilikdə 6 il müddətinə azadlıqdan məhrum olunub.
M. Saakaşvili fevralın 21-də müddətsiz aclıq aksiyasını təkrarlamışdı. Onun yanvarın 24-ü koronavirusa yoluxduğu məlum olub.