Logo
news content
User
Kateqoriyalar

Xəbər

"Wall Street Journal"ın müxbiri Rusiyada casusluq ittihamı ilə tutulub

Amerika Birləşmiş Ştatlarının "Wall Street Journal"ın müxbiri Rusiyada casusluq ittihamı ilə saxlanılıb.

Pressklub.az BBC-yə istinadla xəbər verir ki, bu barədə Rusiya Federal Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, "Wall Street Journal"ın müxbiri Evan Qerşkoviç Yekaterinburqda casusluq ittihamı ilə saxlanılıb.

FTX-nın məlumatına görə, amerikalı jurnalist ABŞ-ın göstərişi ilə Rusiya hərbi-sənaye kompleksinin müəssisələrindən biri haqqında dövlət sirri təşkil edən məlumatlar toplayırmış.

Jurnalist şəhərə Vaqner özəl hərbi şirkəti haqqında məqalə yazmaq üçün gəldiyi bildirib.