Vuçiç söz verdi: "Vaqner"ə qoşulanlar həbs olunacaqlar
02 Mart 2023
Serbiya prezidenti Aleksandar Vuçiç Rusiyanın "Vaqnerr" özəl hərbi kampaniyasına hər hansı dəstək verməkdən imtina edib və onunla əməkdaşlıq edən həmvətənlərini tənqid edib.
Pressklub.az xəbər verir ki, o, bu barədə “Politico” nəşrinə müsahibəsində bildirib.
Vuçiç əmin edib ki, Ukraynada döyüş əməliyyatlarında iştirak etmək üçün özəl hərbi kampaniyalara cəlb edilmiş serblər vətənlərinə qayıtdıqdan sonra həbs olunacaqlar. O, "Vaqner"in prinsip etibarilə Rusiyaya dost ölkədə insanları müharibəyə cəlb etməsindən də qəzəblənib.
"Mənim "Vaqner"in dəstəyinə ehtiyacım yoxdur, onların məni alqışlamalarına və ya tənqid etmələrinə ehtiyacım yoxdur", - deyə Vuçiç vurğulayıb.