Vilyam Hacıyev məhkəmədə nə dedi? - Proses təxirə düşdü
23 May 2022
Artıq uzun zamandır ki, İmişli rayon İcra Hakimiyyətinin sabiq başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vilyam Hacıyevə ifadə verməsi təklif olunub.
V.Hacıyevin vəkili Elmar Kərimov məhkəməyə ifadə verməyən zərərçəkmişlərin məcburi gətirilməsini istəyib:
“İfadə verməyən zərərçəkmişlər məcburi gətirilməlidir. Bu onların istəyi ilə deyil. Xahiş edirəm bu təmin edilsin”.
Sabiq icra başçısı ifadə vermək üçün hazır olmadığını deyir:
“Mən ifadə verəcəm amma indi hazır deyiləm. Birinci zərərçəkmişlərin nümayəndəsi ifadə verməlidir. Mən bilmirəm ki, hansı istiqamətdə ifadə verməliyəm. Bilim ki, günahım nədir, onda ifadə verim. Mən hazır deyiləm”.
Hakim Azər Paşayev məhkəmənin növbəti iclasına qədər Vilyam Hacıyevə vaxt verir:
“Məhkəmə sizə növbəti iclasa qədər vaxt verir”.
Azər Paşayevin qərarı ilə məhkəmə növbəti iclas mayın 27-ə salınıb.
Qeyd edək ki, 2020-ci il mayın 5-də məhkəmənin qərarı əsasında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən V.Hacıyevin xidməti və yaşadığı ünvanlarda əməliyyat-istintaq tədbirləri həyata keçirilib. Daha sonra o, həbs edilib.
İstintaq orqanı tərəfindən V.Hacıyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə, yəni vəzifəli şəxsin xidməti vəzifələrinin icrası ilə əlaqədar özü və ya üçüncü şəxslər üçün qanunsuz üstünlük əldə etmək məqsədilə öz qulluq səlahiyyətlərindən qulluq mənafeyinə qəsdən zidd olaraq istifadə etməsi və ya qulluq mənafeyi tələb etdiyi halda istifadə etməməsi fiziki və ya hüquqi şəxslərin hüquqlarına və qanuni mənafelərinə, yaxud cəmiyyətin və ya dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vurduqda), 311.3.3-cü (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan olunub.