Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vətənində qadağandır! "Navalnı" filmi "Oskar"a namizəd oldu - VİDEO

Kanada rejissoru Daniel Roerin çəkdiyi "Navalnı" sənədli filmi "Oskar" kino mükafatının "Ən yaxşı sənədli tammitrajlı filmi" qısa siyahısına daxil edilib.

Bu barədə "BBC" nəşri məlumat yayıb.

"Navalnı" filminin ptemyerası 2022-ci ilin yanvarında baş tutub.

Bu film rsiyalı müxalifətçinin 2020-ci ilin avqustunda zəhərləmdirilməsi, o cümlədən Navalnının Almaniyada müalicəsi və reabilitasiyası ilə bağlı hadisələrdən, onun baş verənləri araşdırmaq cəhdindən, habelə Moskvaya döndükdən sonra siyasətçinin həbsindən bəhs edir.

Yanvarın sonunda sənədli film Amerikanın "Sundance" müstəqil kinofestivalında tamaşaçıların fikrincə ən yaxşı film mükafatını alıb.

Sonradan "Navalnı" filmi Amerikanın "CNN", Britaniyanın "BBC Two" və "HBO Max" striminq-servisdə göstərilib. Rusiyada film qadağan edilib.

"SOTA" nəşrinin jurnalistləri "Yandeks"ə məxsus olan "Kinoaxtarış"ın "Oskar" nominasiyası arasında "ən yaxşı sənədli film" kateqoriyasının göstərilməməsinə diqqət çəkib. Nəşrin fikrincə, bu, oraya "Navalnı" filmi daxil olduğuna görə qəsdən edilib.

https://www.youtube.com/watch?v=81AAlzoKNPU&t=79s