Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vensin Azərbaycana səfərinin tarixi məlum olub

ABŞ-nin vitse-prezidenti Cey Di Vens 10-11 fevral tarixlərində Azərbaycana səfər edəcək.

Bu barədə Vensin mətbuat katibi Azadlıq Radiosuna açıqlamasında deyib.

Cey Di Vens fevralın 9-10 fevral tarixlərində Ermənistana, 10-11 fevral tarixlərində isə Azərbaycana səfər həyata keçirəcək.

Qeyd edək ki, ABŞ Dövlət katibinin iqtisadi məsələlər üzrə müavini Ceykob Helberq Azərbaycan səfəri zamanı vitse-prezident Cey Di Vensi müşayiət edəcək.

Vens və Helberqin Ermənistan və Azərbaycana səfəri ABŞ administrasiyasının sülh səylərinin, eləcə də "Beynəlxalq sülh və rifah naminə Tramp marşrutu" (TRIPP) təşəbbüsünün təşviqinə yönəlib.