Logo
news content
User
Kateqoriyalar

Xəbər

Venesuela və Yaponiyada güclü zəlzələ: Ölənlər və yaralananlar var

Bakı vaxtı ilə cümə axşamı gecəsi Venesuelanın şimalında 7,1 maqnitudalı zəlzələ baş verib. ABŞ Geoloji Xidməti (USGS) sonradan 40 saniyə fasilə ilə 7,2 və 7,5 maqnitudalı iki yeraltı təkan barədə məlumat verib.

Məlumata görə, yeraltı təkanlar çərşənbə günü yerli vaxtla saat 18:04-də (cümə axşamı Bakı vaxtı ilə saat 02:04) Karabobo əyalətinin təxminən 1,62 milyon insanın yaşadığı Valensiya şəhərindən 60 km şimal-qərbdə qeydə alınıb.

Zəlzələ ocağı 13 kilometr dərinlikdə yerləşib.

İlkin məlumata görə, zəlzələ nəticəsində azı 32 nəfər ölüb.

Respublikanın səlahiyyətli prezidenti Delsi Rodriqezun sözlərinə görə, təbii fəlakət nəticəsində 700 nəfər zərər çəkib.

Paytaxt Karakasın Çakao bələdiyyəsinin meri Qustavo Dukev isə deyib ki, binaların dağıntıları altından 18 nəfər sağ çıxarılıb.

 Ölkə hakimiyyəti fövqəladə vəziyyət rejimi elan edib.

Yaponiyanın şimal-şərqində isə 7,2 maqnitudalı zəlzələ olub. "Kyodo"nun meteorologiya agentliyinə və yerli yanğından mühafizə xidmətlərinə istinadən məlumatına görə, səhər saat 07:30-da İvate prefekturasının Sakit okean sahilində 44 kilometr dərinlikdə baş verən zəlzələ Yaponiya seysmik intensivlik şkalası üzrə 6 maqnitudalı (Aomori prefekturasında yerləşən Hasikamidə 7 və Hatinohedə 6 maqnitudalı) olub.

Əvvəlcə sunami xəbərdarlığı edilsə də, xəbərdarlıq bir neçə dəqiqə sonra ləğv edilib. 

Zəlzələ nəticəsində 4 nəfər xəsarət alıb.