Vaşinqton düyünü: Əliyev və Paşinyan mayda görüşə bilərlər
11 Aprel 2023
Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın baş naziri Nikol Paşinyan may ayında Vaşinqtonda görüşə bilərlər.
Bu barədə “Past” nəşri Ermənistanın Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat yayıb.
Avropa İttifaqının prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan başçıları ilə son söhbətlərində daim ölkələr arasında münasibətlər və danışıqlar, sərhəd insidentləri ilə bağlı məsələləri qaldırır, - Ermənistan KİV-i Xarici İşlər Nazirliyindəki mənbələrinə istinadən yazır.
Diplomatik mənbə qeyd edir ki, Mişel görüşün Brüsseldə keçirilməsinə çalışır, lakin danışıqların Vaşinqton meydançasında davam edəcəyi gözləntisi var: “Blinken görüşün təşkili ilə bağlı aktiv işləyir. Görüş may ayının ikinci yarısında ola bilər”.