Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vaşinqton Azərbaycan və Ermənistanı rəsmilərini bir araya gətirmək istəyir

ABŞ növbəti dəfə Azərbaycan və Ermənistanı sülh danışıqlarını bərpa etməyə çağırıb. Rəsmi Vaşinqton bəyan edib ki, hazırda tərəflərin bir araya gətirilməsi məsələsini araşdırır.

Pressklub.az xəbər verir ki, Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi brifinqdə Azərbaycan və Ermənistan arasında münaqişəyə toxunub:

“Ermənistana, Azərbaycana, həm də bütövlükdə regiona ismarışımız gərginliyi azaltmaq üçün bir yol tapmaq, əhatəli və davamlı sülh yoluna yenidən daxil olmağın vacibliyindən ibarətdir”.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan gərginliyi azaldaraq əhatəli və davamlı sülhə doğru fəaliyyət göstərməlidir.

Sözçü ABŞ-ın Azərbaycanla Ermənistan arasında danışıqlarda tutduğu roldan bəhs edərək bu istiqamətdə göstərilən səylərdə ikitərəfli və çoxtərəfli formatda iştirak etdiklərini qeyd edib. O, bundan sonra da prosesi irəliyə aparmaq üçün ölkəsinin çoxtərəfli strukturlar və qruplaşmalar vasitəsilə əllərindən gələni edəcəklərini vurğulayıb:

“Ümid edirik ki, başqa ölkələr də eyni siqnalı göndərəcək”.