Logo
news content
User
Kateqoriyalar

Xəbər

Vahid namizəd dialoqu? - Kılıçdaroğlu Məhərrəm İncə ilə görüşdü

Türkiyənin prezident postuna namizədliyi irəli sürülən CHP sədri Kamal Kılıçdaroğlu Məmləkət Partiyasının sədri Məhərrəm İncə ilə görüşüb.

Türkiyə mediası xəbər verir ki, Kılıçdaroğlu Məmləkət Partiyasının qərargahına gedib.

Görüş zamanı Türkiyənin hazırda gündəliyində dayanan əsas mövzular müzakirə edilib.

Xatırladaq ki, Kamal Kılıçdaroğlu parlament partiyası tərəfindən prezidentliyə namizəd göstərilib və imza toplamasına ehtiyac yoxdur.  Məhərrəm İncə isə Sinan Oğanla bir yerdə prezidentliyə namizəd olmaq üçün imza toplayan 2 siyasətçidən biridir.