ÜST: Dünyada koronavirusdan ölüm halları 30 faiz azalıb
05 May 2023
Aprelin 3-dən 30-dək dünyada təxminən 2,8 milyon insan koronavirus infeksiyasına yoluxub, 17 mindən çox adam bu xəstəlik səbəbindən vəfat edib. Bu dövrdə ölüm hallarının sayı əvvəlki 28 günlə müqayisədə 30%, yoluxma hallarının sayı 17% azalıb.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
ÜST-nin məlumat cədvəlinə əsasən, dörd həftə ərzində dünyada 2 779 198 yoluxma və 17 459 ölüm faktı qeydə alınıb.
28 gün ərzində ən çox yoluxma faktı ABŞ-da aşkarlanıb - 392 480 nəfər. Sonrakı yerləri Koreya Respublikası (330 509), Yaponiya (251 158), Hindistan (222 784) və Fransa (197 190) tutur.
Aprelin 3-dən 30-dək virusdan ən çox ölüm faktı da ABŞ-da qeydə alınıb - 5 263 nəfər. Sonrakı yerləri Braziliya (1255), Rusiya (993), Fransa (871) və İran (762) tutur.
Ümumilikdə ÜST pandemiyanın başlanğıcından bəri 765 222 932 koronavirusa yoluxma və bu virusdan 6 921 614 ölüm halı qeydə alıb.