Logo
news content
User
Kateqoriyalar

Xəbər

ÜST-dən vəbanın yayılması barədə xəbərdarlıq

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) vəba xəstəliyinin dünyada yayılma riskini yüksək qiymətləndirib.

Pressklub.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

Bu proqnoz ÜST-də epidemiyaların sayının artması, vaksinlərin və digər resursların çatışmazlığı səbəbindən verilib.

Fevralın 1-nə olan məlumata görə, ən azı 18 ölkədə vəba halları qeydə alınıb.

Təşkilat xüsusilə yüksək ölüm nisbətindən narahatdır. 2021-ci ildə dünyada orta ölüm səviyyəsi 1,9%, Afrikada isə 2,9% təşkil edib.

Xolera təhlükəli yoluxucu xəstəlikdir. Patogen orqanizmə çirklənmiş qida və ya su ilə daxil olduqda baş verir.