Uşaqlar bu quyuda boğulub ölüblər... - VİDEO
18 May 2023
Xəbər verdiyimiz kimi, ötən gecə Bakının Sabunçu rayonu Maştağa qəsəbəsində iki azyaşlı quyuya düşərək ölüb.
Hadisə qəsəbənin Xanlar massivi kimi tanınan ərazisində - küçənin kənarındakı istifadəsiz quyuda baş verib.
Belə ki, qonşuluqda yaşayan 2013-cü il təvəllüdlü uşaqlar yolda oynayarkən istifadəsiz qalmış və hazırda çirkab suları ilə dolu olan quyuya düşüblər. Yaxınları onları axtararkən hər iki uşağın quyuda olmasını öyrəniblər. Əvvəlcə uşaqların ailə üzvləri və qonşular öz imkanları ilə onların meyitini quyudan çıxarmağa çalışıblar və bir neçə saat ərzində buna cəhd ediblər.
Lakin daha sonra meyitləri çıxarmaq mümkün olmadığından FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinə müraciət edilib.
Ərazidə olan sakinlər hadisənin necə baş verməsi ilə bağlı məlumat veriblər: “Saat 8-dən xəbər tutulub ki, uşaqlar yoxdur. Bütün qonşulara hay düşüb və axtarmağa çıxıblar. Görən olub ki, iki uşaq əlində süpürgə ilə gedib. Axtara-axtara gəlib buradan süpürgəni tapıblar. Daha sonra quyuda suyun üstündə uşağın başmağı olub. Məlum olub ki, uşaqlar buradadır. Daha sonra polislər və FHN-in əməkdaşları gəldi. Saat 2-yə qalmış birinin, 4-ə qalmış da digər uşağın cəsədi quyudan çıxarıldı”.
Qeyd edək ki, qonşuluqda yaşayan uşaqlar 2013-cü il təvəllüdlü olub. (Qafqazinfo)