Uşaqlar arasında YENİ VİRUS yayıldı
25 May 2022
“Son dövrlərdə xüsusən də son 1 ayda uşaqlar arasında konyunktivlər (göz qızartıları) artıb. Gözlərin hiperimiyası artıb. Bunun da səbəbi onun virus mənşəli olmasıdır”.
Bunu açıqlamasında pediatr Qoşqar İsmayılov deyib.
O bildirib ki, belə virusların aktivləşməsi hava şəraiti ilə bağlıdır: “Xüsusən də hava şəraitinə, iqlimdə olan qlobal dəyişikliklə bağlı olaraq müəyyən virusların aktivləşməsi nəticəsində gözlərdə, qulaqlarda və əsnəkdə qızartılar yaranır”.
Onun sözlərinə görə, uşaqlarda göz qızartıları iki formada gedir: “Konyunktivlər allergik və virus formasında gedir. Allergik konyunktivi daha çox allergiyası olan uşaqlarda olur. Onun müalicəsi pediatr, allerqoloq tərəfindən aparılır. Virus konyunktivlərində isə uşaqda mədə-bağırsaq problemlərinə, nazafaringit əlamətlərinə baxılır. Və ona uyğun da pediatr tərəfindən müalicə aparılır”. (lent.az)