Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynanın "Su-27" qırıcısı qəzaya uğrayıb, pilot ölüb

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinə məxsus "Su-27" hərbi təyyarəsi Zaporojye istiqamətində döyüş tapşırığını yerinə yetirərkən qəzaya uğrayıb.

Ukrayna mediasının verdiyi məlumata görə, təyyarə 39-cu taktiki aviasiya briqadasına məxsus idi.

39-cu briqadadan bildirilib ki, pilot həlak olub, qəzanın səbəbləri araşdırılır.