Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynanın məğlubiyyəti üçüncü dünya müharibəsinin başlanğıcı ola bilər

“Rusiya ilə müharibədə Ukraynanın məğlub olması üçüncü dünya müharibəsinin başlanğıcı ola bilər”.

“RBK Ukraina” xəbər verir ki, bunu Polşanın Baş naziri Mateuş Moravetski deyib.

O bildirib ki, bunun qarşısını almaq üçün Kiyevə bütün lazımi dəstək göstərilməlidir.

Hökumət başçısının sözlərinə görə, Polşa, Almaniya və bütövlükdə Avropa indi tarixin unikal nöqtəsindədir.

Qeyd edək ki, Rsuiya-Ukrayna savaşı ötən il fevralın 24-də başlayıb. Ukrayna Baş Qərargahının məlumatına görə, Rusiya döyüşlərdə 117 minə yaxın şəxsi heyət itirib.