Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynanın "dostu" - Makron soyqırım deməkdən imtina etdi

Fransa Prezidenti Emmanuel Makron “France 2” telekanalına açıqlamasında amerikalı həmkarı Co Baydendən fərqli olaraq ukraynalılarla bağlı soyqırımı ifadəsini işlətməkdən imtina edib.

“Times of India” xəbər verir ki, o, bu cür ifadələrdən istifadənin müharibənin bitməsinə köməyi olmayacağını bildirib.

“Liderlər danışıqlarında diqqətli olmalıdırlar. Baş verənlər dəlilikdir və inanılmaz dərəcədə dəhşətlidir. Ancaq eyni zamanda mən faktlara baxıram. Müharibəni dayandırmaq və sülhü bərpa etmək üçün mümkün qədər cəhd edirəm. Bu cür ifadələrin bu məsələyə kömək edəcəyindən əmin deyiləm”, - deyə Makron əlavə edib.

Fransa Prezidenti qeyd edib ki, ukraynalılar və ruslar qardaş xalqlar olduğundan bu vəziyyətdə soyqırımı ifadəsindən istifadədə xüsusilə ehtiyatlı olmaq vacibdir.