Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynanın daxili işlər naziri, müavini və dövlət katibi həlak oldu - YENİLƏNİB/FOTO

Kiyev vilayətinin Brovarı şəhərində helikopter qəzasının baş verdiyi ərazidə xilasetmə işləri başa çatıb və rəsmi məlumata görə 14 meyit tapılıb.

Bu barədə Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidməti məlumat yayıb.

Bildirilib ki, ölənlərdən biri uşaqdır.

Bundan başqa, Dövlət Xidməti məlumat verib ki, qəza nəticəsində 11 uşaq daxil olmaqla 25 nəfər yaralanıb.

Xatırladaq ki, Kiyev vilayətinin Brovarı şəhərində helikopterin qəzaya uğraması nəticəsində uşaq bağçasının yaxınlığında partlayış, daha sonra isə güclü yanğın baş verib.

Qeyd edək ki, həlak olanlar arasında Ukraynanın daxili işlər naziri Denis Monastırski, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də var.

***

Ukraynanın daxili işlər naziri Denis Monastırski Kiyev vilayətinin Brovarı şəhərində baş verən helikopter qəzasında həlak olub.

Bu barədə Ukrayna KİV-i məlumat yayıb.

Hadisə nəticəsində, həmçinin, daxili işlər nazirinin birinci müavini Yevgeni Yenin və Daxili İşlər Nazirliyinin dövlət katibi Yuri Lubkoviç də həlak olublar.

Helikopter qəzasında ümumilikdə 3-ü uşaq olmaqla, 18 nəfərin öldüyü bildirilib.

Məlumata görə, qəzada yaralanan 26 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 10-u uşaqdır.

Hadisə yerinə xilasedicilər, təcili tibbi yardım maşınları və polis cəlb olunub.

Qeyd edək ki, D.Monastırski 1980-ci ildə anadan olub. O, 2021-ci ildən Ukraynanın daxili işlər naziri vəzifəsində çalışırdı.