Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynalı qaçqınların sayı 10 milyona çatıb

Ukraynadakı müharibə səbəbindən 10 milyon insan qaçqın və məcburi köçkün vəziyyətinə düşüb, onların əksəriyyəti hələ də evlərinə qayıda bilmir.

Bu barədə Yaponiyanın NHK agentliyinə BMT-nin Qaçqınlar üzrə Ali Komissarı Filippo Qrandi bildirib.

Onun sözlərinə görə, 6,3 milyon insan xaricə gedib, daha 3,7 milyon insan döyüş bölgəsindən ölkənin müxtəlif bölgələrinə təxliyə edilib.

Bildirilib ki, BMT-nin Qaçqınlar üzrə Agentliyi artıq müharibə nəticəsində dağılmış 27,5 min evin bərpasına yardım edib.