Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynadan xüsusi əməliyyat - Mariupoldakı qüvvələr xilas edildi

"Rusiya ordusu tərəfindən mühasirəyə alınmış Mariupol şəhərində Ukrayna dəniz piyadaları 36-cı briqadasının döyüşçüləri çətin əməliyyat nəticəsində “Azov” alayı ilə birləşib".

Bunu Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Oleksiy Arestoviç feysbuk səhifəsində yazıb.

"Bu əməliyyat nəticəsində həm “Azov” alayı ciddi dəstək əldə edib, həm də 36-cı briqada hissə-hissə məhv edilməkdən qurtulub. Artıq şəhəri müdafiə edən qüvvələr daha geniş imkanlar qazanıblar. Zabitlər başını itirmədən komandanlıq cilovunu əldə saxlayanda bəhrəsi də belə olur. Biz də başımızı itirməyək. Ordumuz nə edəcəyini bilir”, - o vurğulayıb.