Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada vağzalın vurulması nəticəsində ölənlərin sayı 50-ə çatıb

Rusiyanın Ukraynanın Donetsk vilayətinin Kramatorsk dəmiryolu vağzalını raket atəşinə tutması nəticəsində ölənlərin sayı 50-ə çatıb.

Bu barədə Donetsk Regional Dövlət Administrasiyasının sədri Pavel Kirilenko bildirib.

Ölənlərdən 5-i uşaqdır. İndiyədək 98 nəfər xəstəxanalara çatdırılıb.

Qeyd edək ki, Pavel Kirilenko bundan əvəl vağzala “İsgəndər” atıldığını bildirib: “Polis, xilasedicilər hadisə yerində fəaliyyət göstərirlər. Onlarla ölən və yaralananlar var”. Sonradan atılan raketin "Toçka-U" olduğu məlum olub.

Rusiya tərəfi onlarda "Toçka-U" raketinin olmadığını və vağzala zərbənin Ukrayna tərəfinin endirdiyini iddia edir. Amma Ukrayna tərəfi Rusiyanın əlində belə raketlərin mövcudiyyətini təsdiq edən və müxtəlif vaxtlarda çəkilmiş çoxsaylı foto-video sübutları təqdim edib.

Kirilenko Ukrayna vətəndaşlarını Donetsk vilayətindən çıxmağa çağırıb.

Baş nazirin müavini İrina Vereşşuk isə Xarkov, Luqansk və Donetsk vilayətlərinin sakinlərini də təxliyə olunmağa çağırıb.