Logo
news content
User
Kateqoriyalar

Xəbər

“Ukraynada münaqişənin qarşısını almaq üçün əlimdən gələni etdim” - Merkel

Almaniyanın keçmiş kansleri Angela Merkel deyib ki, o, Ukraynada münaqişənin qarşısını almaq üçün hər şeyi edib.

Pressklub.az xəbər verir ki, bu barədə “Zeit” qəzeti məlumat yayıb.

“Bu vəziyyətin qarşısını almaq üçün əlimdən gələni etdim”, - deyə, o bildirib.

Keçmiş diplomat qeyd edib ki, onun münaqişəni diplomatik yolla həll etməməsi diplomatiyanın mənasızlığına sübut olmamalıdır:

“Ukraynada sülhün əldə olunmasında Avropa İttifaqı ölkələri arasında yalnız Almaniya və Fransa ciddi maraqlıdır”.

Merkel əlavə edib ki, Ukrayna prezidenti Volodimir Zelenski Minsk razılaşmalarını çox tənqid edib, onların Ukraynada populyar olmadığını və praktikada həyata keçirilməsinin çətin olacağını iddia edib.

Qeyd edək ki, 2022-ci ilin dekabrında Merkel etiraf edib ki, Minsk razılaşmaları Ukrayna Silahlı Qüvvələrinə güclənmək üçün vaxt vermək cəhdi idi. Bu fikri daha sonra Fransanın keçmiş prezidenti Fransua Olland da təsdiqləyib.