Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada keçmiş erməni nazir və tanınmiş oliqarxın evində axtarış aparılır

Ukrayna Təhlükəsizlik Xidməti oliqarx İqor Kolomoyski və keçmiş daxili işlər naziri Arsen Avakovun evində axtarış aparır.

Pressklub.az xəbər verir ki, bu barədə Ukrayna hüquq-mühafizə orqanlarındakı mənbələr məlumat verib.

Kolomoyskinin evində axtarış “Ukrtatneft” və “Ukrnafta” şirkətlərində maliyyə fırıldaqları ilə bağlıdır. Hazırda məlumdur ki, söhbət ümumi məbləği 40 milyard qriven olan neft məhsullarının israf edilməsindən gedir. Üstəlik, buraya gömrük ödənişlərindən yayınmalar da daxildir.

Avakovun evində isə Daxili İşlər Nazirliyinin rəhbərliyinin öldüyü Brovarıda baş vermiş helikopter qəzası ilə bağlıdır. Belə ki, söhbət hələ Avakovun nazirliyə rəhbərlik etdiyi günlərdə Fransadan “Airbus” helikopterlərinin alınmasından gedir.

Bu barədə eks-nazir mətbuata açıqlamasında deyib ki, hüquq-mühafizə orqanları Daxili İşlər Nazirliyini “H-225”, “H-145” və “H-125” helikopterləri ilə təmin edən Fransanın “Airbus Helicopter” şirkəti ilə altı illik müqavilələri nəzərdən keçiriblər.