Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada girov götürülən azərbaycanlı tələbə azad edilib - FOTO

Ukraynada ruslar tərəfindən girov götürülən azərbaycanlı tələbə Hüseyn Abdullayev azad edilib.

Bu barədə Hüseyn Abdullayevin atası Amin Abdullayev məlumat verib.

Onun bildirdiyinə görə, martın 17-dən rus əsgərləri tərəfindən girov götürülən, əslən Neftçalanın Tatarməhlə kəndindən olan 20 yaşlı H. Abdullayev Ukraynanaın Mariupol Dövlət Universitetinin 3-cü kurs tələbəsidir. A. Abdullayev bildirib ki, oğlu bu gün girovluqdan azad olunub. H. Abdullayev oradan Zaporoje şəhərinə gedib.

Onun oradan Azərbaycana qayıtması istiqamətində tədbirlər görüləcək. (APA)