Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada daha bir azərbaycanlı həlak oldu  – Səfirdən PAYLAŞIM

Ukraynanın Mariupol bölgəsində daha bir azərbaycanlı - Rafael Ağayev döyüşlər zamanı həlak olub.

Azərbaycan əsilli Ukrayna vətəndaşı olan Ağayevin həlak olması barədə xəbəri dostu Leonid Ostalsev bildirib.

“Rafael Ağayev Ukrayna dəniz piyadalarının tərkibində Mariupolu müdafiə edərkən qəhrəmancasına həlak olub” – deyə Ostalsev qeyd edib.

Qeyd edək ki, Ukrayna səfiri Vladislav Kanevski Rəfael Ağayevlə bağlı paylaşım edib.

“Pizza Veterano” pizza kafeləri şəbəkəsinin həmtəsisçisi, Azərbaycan əsilli ukraynalı Rafael Ağayev Ukraynanın Mariupol şəhəri uğrunda gedən döyüşlərdə həlak olub. Qəhrəman Dəniz piyadaları bölməsinin tərkibində şəhəri müdafiə edirdi. Xatirəsi əbədi yaşayacaq!", səfir yazıb.

Məlumat üçün bildirək ki, Ukraynadakı bu məşhur restoran hərbi xidmətini başa vuranların iş tapa bilməsi və normal həyata uyğunlaşaması üçün sosial layihə kimi yaradılıb.

"Pizza Veterano" "Veterano Group" şəbəkəsinin bir hissəsidir. Ukraynanın bir sıra şəhərlərində fəaliyyət göstərən pizza evləri iki ortaq sahib - Rafael Ağayev və Leonid Streltsov tərəfindən açılıb.