Logo
news content
User
Kateqoriyalar

Xəbər

Ukraynada atəşkəs olmadan ABŞ-Rusiya münasibətləri dəyişməyəcək - Dövlət Departamenti

ABŞ hesab edir ki, Ukraynada atəşkəs əldə olunmadan Rusiya Federasiyası ilə münasibətlərdə heç bir dinamika gözləmək olmaz.

Bunu Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Temmi Bryus keçirdiyi brifinqdə deyib.

"Düşünürəm ki, ABŞ prezidenti Donald Tramp açıq şəkildə bildirib ki, hazırda Rusiya ilə gündəmdə yalnız bir məsələ var, o da Ukraynada atəşkəsdir. Və bu məsələ həll olunana qədər başqa heç bir məsələyə baxılmayacaq", - Bryus bildirib.